SOSİUM

16 Oktyabr

Süni intellekt iqlim dəyişikliyinə təsir edən texnologiyaları inkişaf etdirir -Elvin Abbasov

Süni intellektin inkişafı ilə iqlim dəyişikliyinin izlənməsi daha asan və effektiv hala gəlib.

Bunu Fins.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov deyib.

O, bildirib ki, indiki dövr texnologiya dövrüdür və süni intellektin texnologiya ilə birləşməsi yeni bir müstəviyə keçid yaradıb:

“İqlim dəyişikliyinə təsir edən texnologiyalar artıq süni intellektlə inteqrasiya olunub. Bu, əldə edilən məlumatların süni intellekt vasitəsilə təhlil edilməsinə və daha yaxşı nəticələrin emalına imkan tanıyır. Bu, iqlim dəyişikliyinin proqnozlaşdırılmasında və monitorinq sistemlərinin yaradılmasında müstəsna əhəmiyyət kəsb edir. Texnologiya vasitəsilə sensorlar ilə toplanan bütün məlumatları süni intellektlə analiz edərək, proqnozlaşdırma və monitorinq sistemləri yaratmağı mümkün edir”.

E.Abbasov qeyd edib ki, süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə istifadəsi, ekosistemlərin qorunmasında və müasir texnologiyaların tətbiqində vacib bir addım olaraq qiymətləndirilir:

“Bu, gələcəkdə daha da effektiv nəticələrin əldə edilməsinə imkan tanıyır”.

Fuad Mədətov
Fins.az