SOSİUM

15 Oktyabr

İqlim dəyişikliyi sosial bərabərsizliyi necə dərinləşdirir? - Elçin Bayramlı

İqlim dəyişikliyi, dünyada sosial bərabərsizliyin dərinləşməsinə səbəb olan mühüm bir problemdir.

Bunu Fins.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

İqlim dəyişikliyinin sosial bərabərsizliyi artırdığını vurğulayan E.Bayramlı, bundan yoxsul bölgələrin daha çox təsirləndiyi və sosial uçurumun genişləndiyi anlamına gəldiyini qeyd edib:

“Yoxsul bölgələr daha çox təsirlənir və sosial uçurum genişlənir, çünki az təminatlı əhali təbii fəlakətlərdən daha çox zərər çəkir. İqlim dəyişikliyinin təkcə ekoloji bir problem deyil, eyni zamanda sosial ədalətsizliyin bir nəticəsi olduğunu göstərir. Yoxsul əhali, iqlim dəyişikliyinin nəticələrindən daha çox zərər çəkir. Bu təsirlərin kənd icmalarında daha qabarıq görünür. Kənd yerlərində əkin-biçin, heyvandarlıq və digər fəaliyyət növləri iqlim dəyişikliyindən daha çox təsirlənir. Bu vəziyyət, kənd icmalarının iqtisadi çətinliklər yaşamasına səbəb olur.

Şəhər yerlərində isə iqlim dəyişikliyi hava kirliliyi, su çirkliliyi və digər ekoloji pozuntularla özünü göstərir. Şəhərlərdə iqlim dəyişikliyinin təsirləri ekoloji pozuntular nəticəsində daha qabarıq şəkildə görünür. Bu, şəhərdə yaşayan insanların həyat keyfiyyətinə təsir edir”.

E.Bayramlı, kənd icmalarının adaptasiyasını asanlaşdırmaq üçün tədbirlərin görülməsinin vacibliyini qeyd edib:

Tədbirlər, sığorta, su təminatı və aqrar inkişaf proqramları bu icmaların adaptasiyasını asanlaşdırmalıdır. Bu tədbirlər, kənd icmalarının iqlim dəyişikliyinə qarşı müqavimətini artırmaq məqsədini güdür. İqlim dəyişikliyi sosial bərabərsizliyi artıraraq, yoxsul ölkələri və az təminatlı təbəqələri daha çox təsirləndirir”.

Fuad Mədətov
Fins.az