Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının bəzi ərazilərində maşın saxlamağı qadağan edib.
Fins.az xəbər verir ki, bu barədə Agentliyə istinadən xəbər verir.
Agentlik bildirib ki, paytaxtda avtomobil sayının artması, parklama yerlərinin tapılmasını çətinləşdirir. Problemin həlli üçün mütəmadi işlər aparılır. Məsələn, İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik yeni parklanma məntəqəsi üçün nişanlanma işləri həyata keçirilib.
Sabit Rəhman və Alı Mustafayev küçələrində də parklanma ilə bağlı tədbirlər görülüb; burada mövcud parklanma məntəqələrinə 3 məlumat lövhəsi yol nişanı quraşdırılıb.
Bundan əlavə, bəzi yollarda qanunsuz parklanmanın qarşısı alınıb. Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində (“Amburan Mall”) 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.
Zemfira Ms
Fins.az