İqlim dəyişikliyi müasir dövrün ən ciddi problemlərindən biridir. Bu məsələ, sosial bərabərsizliyi artıraraq, yoxsul ölkələrdə və az təminatlı təbəqələrdə ciddi zərərlərə səbəb olur.
Bunu Fins.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi yoxsul ölkələri və az təminatlı təbəqələri daha çox zərər çəkdirir:
“İqlim dəyişikliyi yoxsul ölkələri və az təminatlı təbəqələri daha çox zərər çəkdirir, sosial uçurumu artırır. Bu, iqlim dəyişikliyinin yalnız ekologiya ilə bağlı bir problem olmadığını, həm də sosial ədalətsizliklə sıx bağlı olduğunu vurğulayır. Yoxsul əhali təbii fəlakətlər nəticəsində təsərrüfatlarını itirir, məhsuldarlıq azalır və bu, onların sosial vəziyyətini daha da ağırlaşdırır. Nəticədə, bu sosial ədalətsizlik daha da dərinləşir”.
E.Bayramlı, imkanlı təbəqələrin iqlim dəyişikliyinin təsirlərindən daha az zərər gördüyünü qeyd edib:
“İmkanlı təbəqə isə bu problemlərdən nisbətən daha az təsirlənir, çünki onlar təhlükəsiz bölgələrdə yaşayırlar və daha yaxşı təminatlara sahibdirlər. Bu vəziyyət, sosial bərabərsizliyin daha da dərinləşməsinə səbəb olur. İqtisadi cəhətdən imkanlı olanlar, iqlim dəyişikliyi nəticəsində yaranan çətinliklərdən daha az təsirlənir, bu isə onların sosial statusunu daha da artırır”.
Kənd icmalarının iqlim dəyişikliyindən necə təsirləndiyini də qeyd edən sosialoq bildirib ki, kənd yerlərində əkin-biçin, heyvandarlıq və digər fəaliyyət növləri iqlim dəyişikliyindən daha çox təsirlənir:
“Bu, kənd icmalarının sosial-iqtisadi vəziyyətini çətinləşdirir. Sığorta, su təminatı və aqrar inkişaf proqramları bu icmaların adaptasiyasını asanlaşdırmalıdır. Tədbirlər, sığorta, su təminatı və aqrar inkişaf proqramları bu icmaların adaptasiyasını asanlaşdırmalıdır”
Şəhər yerlərində iqlim dəyişikliyinin təsirlərini də izah edən E.Bayramov vurğulayıb ki, şəhərlərdə iqlim dəyişikliyinin təsirləri hava kirliliyi, su çirkliliyi və digər ekoloji pozuntular nəticəsində daha qabarıq şəkildə görünür. Şəhərlərdəki ekoloji pozuntular, məhsul istehsalına, sosial təminata və tibbi ehtiyaclara da təsir göstərir. Bu, şəhər yerlərində yaşayan insanların həyat keyfiyyətini azaltdığına işarədir”.
İqlim dəyişikliyi, sosial bərabərsizliyi artıraraq, yoxsul bölgələri daha çox təsirləndirir və sosial uçurum genişlənir. Bu çətinliklərin aradan qaldırılması üçün qlobal miqyasda tədbirlər görülməlidir.
Fuad Mədətov
Fins.az