SOSİUM

08 Oktyabr

İqlim dəyişikliyi ilə mübarizədə sistematik dəyişikliklərə ehtiyac var - Elçin Bayramlı

İqlim dəyişikliyi müasir dövrün ən ciddi problemlərindən biridir və onunla mübarizədə fərdi iştirakın rolu geniş müzakirə edilir.

Bunu Fins.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə fərdi mübarizənin rolu demək olar ki, yoxdur:

“Bu, fərdi səylərin qlobal miqyasda baş verən iqlim dəyişikliyi problemləri ilə mübarizədə kifayət qədər təsirli olmadığını göstərir. Bir fərd olaraq, yalnız kiçik addımlar atmaq mümkündür, lakin bu, geniş və kompleks sistemin içində yalnız bir damla kimidir”.

E.Bayramlı daha sonra insan fəaliyyətinin ətraf mühitə olan təsirlərini qeyd edib:

“İnsan fəaliyyəti, təbiəti zibilləməkdən ibarətdir, sadəcə zibilin yerini dəyişdirmək olur. Bu kimi hallar müasir cəmiyyətdə insanların ekoloji problemlərin yaranmasına səbəb olan fəaliyyətlərini işıqlandırır. Zibilin kəsilməsi və ya azaldılması, əslində, yalnız bir hissəni təşkil edir; insan fəaliyyəti bu ekosistemlərin pozulmasına səbəb olur”.

Sosiaoloq, iqlim dəyişikliyi ilə mübarizədə qlobal güclərin rolunu vurğulayıb:

"Burada qlobal güclər ortaya düşməlidir: böyük dövlətlər, beynəlxalq təşkilatlar, elmi institutlar ciddi işlər aparmalıdır. Yalnız fərdi səylərlə iqlim dəyişikliyinin qarşısını almaq mümkün deyil. Qlobal miqyasda fəaliyyət göstərən güclü təşkilatlar və dövlətlər tərəfindən atılan addımlar, ətraf mühitin qorunmasında daha təsirli olacaqdır”.

Fuad Mədətov
Fins.az