SOSİUM

30 Sentyabr

İşsizlik narahatlıq doğurur: Əmək bazarı təhlükədə

Bloomberg-in məlumatına görə, ABŞ-da işsizlik səviyyəsinin 2025-ci ildə 4,4%-ə çatacağı proqnozlaşdırılır. İqtisadçılar və Federal Ehtiyat Sistemi (Fed) əmək bazarının vəziyyətinin narahatlıq doğurduğunu bildirir. ING Financial Markets şirkətinin baş beynəlxalq iqtisadçısı Ceyms Naytli də Fed-in proqnozları ilə uyğun gələn göstəricilərin əmək bazarı üçün ciddi problemlər yarada biləcəyini qeyd edib.

Fins.az xəbər verir ki, 2024-cü ilin avqust ayında ABŞ-da işsizlik səviyyəsi 4,2% idi və sentyabrda sabit qalması gözlənilir. Bu arada, Almaniyada işsizlik səviyyəsi son dörd ayda 6% səviyyəsində qalır. Sentyabr ayında işsiz almanların sayı 17 min nəfər artaraq gözləntiləri üstələyib.

Belə göstəricilər, qlobal əmək bazarında qeyri-müəyyənliyin davam etdiyini göstərir.