SOSİUM

26 Sentyabr

Anar Əliyev: Vətəndaşlar "DOST" mərkəzlərinin fəaliyyətindən məmnundur

Son altı il ərzində Azərbaycanda məşğulluq orqanları tərəfindən 650 minə yaxın işsiz və işaxtaran şəxs münasib işlə təmin olunub.

Fins.az xəbər verir ki, bu məlumat, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev tərəfindən "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda açıqlanıb.

Nazir müavini, həmçinin 36 mindən artıq şəxsin peşə hazırlığı, 2,6 mindən çox şəxsin əməkhaqqının birgə maliyyələşməsi proqramı və 86 mindən çox şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini qeyd edib.

Anar Əliyev, DOST mərkəzlərinin şəffaf və operativ xidmət təqdim edərək vətəndaş məmnunluğunu artırdığını vurğulayıb.

2019-cu ildən bəri açılan 7 DOST mərkəzində 159 xidmət təqdim olunub, burada 2,4 milyondan çox vətəndaşa xidmət edilib və məmnunluq səviyyəsi 97,5 faiz təşkil edir. 
 

Zemfira Ms
Fins.az