SOSİUM

23 Sentyabr

Sentyabrın sonunda Yerə ikinci ay yoldaşlıq edəcək

Sentyabrın sonunda Yer üzündə maraqlı bir hadisə baş verəcək: planetimizə ikinci Ay yoldaşlıq edəcək.

Fins.az xəbər verir ki, hesablamalara görə, bir asteroidin cazibə qüvvəsi altında qalaraq 29 sentyabrdan 25 noyabra qədər Yer ətrafında mini-Ay kimi dövran edəcəyi gözlənilir.

Alimlər, bu asteroidin Yer'in cazibə sahəsində olmasının planetimiz üçün təhlükə yaratmadığını bildirirlər. Bu kosmik cisim, Arjuna asteroid kəmərinin ikinci dərəcəli seqmentinə aid olan bir asteroiddir və bəzi asteroidlər Yerə təxminən 4,5 milyon km məsafədə yaxınlaşaraq müvəqqəti peyklərə çevrilə bilirlər.

İkinci Ayı görmək üçün peşəkar teleskoplar tələb olunur. Belə bir fenomenin yenidən baş verməsi isə 2025-ci ilin qışında gözlənilir və bundan sonra yalnız 2055-ci ildə müşahidə ediləcək.