Beynəlxalq Sülh Günündə, COP29 Sədrliyi rəsmi olaraq öz əsas təşəbbüslərindən biri olan COP Atəşkəs Çağırışına start verərək, bütün tərəfləri və dünya ictimaiyyətini bu çağırışa qoşulmağa dəvət edib.
Fins.az xəbər verir ki, çağırışın məqsədi COP29-un keçirildiyi bir ay ərzində qlobal atəşkəsə əməl etmək və bu müddətdə iqlim dəyişikliyinə qarşı birgə fəaliyyət göstərməkdir.
Münaqişələr istixana qazı emissiyalarını artıraraq ətraf mühiti daha da məhv edir və iqlim dəyişikliyini sürətləndirir. Buna görə də, COP29-un təşəbbüsü bütün millətləri və maraqlı tərəfləri, siyasi fərqliliklərə rəğmən, birlikdə sülhə dəstək verməyə və atəşkəsə riayət etməyə səsləyir.
COP29 naminə Birgə Atəşkəs Çağırışının mətni dünyaya birlik, həmrəylik və iqlim fəaliyyəti üçün hər kəsi bir araya gəlməyə çağırır. Bu sülh təşəbbüsü, təkcə münaqişələrin dayandırılmasını deyil, həm də iqlim dəyişikliklərinə qarşı qlobal əməkdaşlıq və davamlı gələcək üçün ortaq səyləri vurğulayır.
Çağırışı təsdiqləyən ölkə və təşkilatların siyahısı rəsmi veb-saytda yayımlanacaq.
* * *
Bakıda keçirilən COP29 sammitinin Itki və Zərər Fondu üzrə üçüncü iclasında Fondun tam fəaliyyətə başlaması üçün mühüm qərarlar qəbul edilib.
Fins.az xəbər verir ki, bu, COP27-də Fondun yaradılmasından sonra diplomatik müzakirələrin nəticəsi olaraq, 2025-ci ildə ilk maliyyə vəsaitinin ayrılmasına şərait yaradır. Bakı görüşü COP29 Prezidentliyinin əsas məqsədlərinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirilir. İclasda 800 milyon dollar vəsait vəd olunub və İbrahima Şeyx Dionq Fondun İcraçı Direktoru seçilib.
* * *
Bakıda keçiriləcək COP29 tədbirinin iki yeni tərəfdaşı elan olunub: "NEQSOL Holding" sinerji tərəfdaşı və "GILTEX" tekstil üzrə tərəfdaşdır.
Fins.az xəbər verir ki, hər iki şirkət dayanıqlı təcrübə və iqlim məqsədlərinə sadiqliklərini nümayiş etdirir. "NEQSOL Holding" enerji və telekommunikasiya sahəsində fəaliyyət göstərir, "GILTEX" isə Azərbaycan pambığından tekstil məhsulları istehsal edir. Tərəfdaşlar COP29-da qlobal iqlim siyasətinə töhfə verərək, dayanıqlılıq sahəsində əməkdaşlıq edəcək və öz fəaliyyətlərini genişləndirəcəklər.
Fuad Mədətov
Fins.az