SOSİUM

16 Sentyabr

Əhaliyə sosial ödənişlərdə elektronlaşma davam edir - ƏƏSMN

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 494 min nəfər müavinət, 400 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

Fins.az xəbər verir ki, əhaliyə müavinətlər üzrə 716 mln. manat, Prezident təqaüdləri üzrə 459 mln. manat ödənilib.

Cari ilin 8 ayında 101 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 671 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Zemfira Ms
Fins.az