SOSİUM

13 Sentyabr

Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib

12 sentyabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə məktəbin müəllimləri üçün maarifləndirmə tədbiri keçirilib.
Fins.az xəbər verir ki, ümumilikdə 50 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı tərəfindən “Kiberbullinqə qarşı mübarizə”, “Fərdi məlumatların mühafizəsi” və “Onlayn mühitdə kibertəhlükəsizlik” mövzularında çıxışlar edilib. Çıxışlarda kibertəhlükələrdən qorunma istiqamətində maarifləndirici məlumatlar verilib.
Tədbirin keçirilməsində məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində, eləcə də sosial şəbəkələrdən istifadə qaydaları kimi mövzularda müəllimlərin və onların iştirakı ilə şagirdlərin maarifləndirilməsini həyata keçirməkdir.


Zemfira Ms
Fins.az