Fins.az, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən aldığı məlumata görə, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən elektron tərəzi və çip sistemlərinin ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılacaq. Hərəkət iştirakçılarına (sürücülərə) bildiririk ki, bu dəyişikliklər nəzərə alınmalıdır:
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 10 sentyabr 2024-cü il tarixdən başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Zemfira Ms
Fins.az