SOSİUM

09 Sentyabr

2019-cu ildən bəri 622 uşaq övladlığa verilib - SXA

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu ildən bu günədək Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən  622 uşaq övladlığa verilib. 

Onlardan 310-u oğlan, 312-si qızdır. 

Fins.az xəbər verir ki, nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir. 

Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə  olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib.

Zemfira Ms
Fins.az