SOSİUM

06 Sentyabr

İlk 8 ayda 32,5 min şəxsə əlillik təyin edilib - ƏƏSMN

Bu ilin yanvar-avqust ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 32,5 min şəxsə əlillik təyin edilib.

Fins.az ƏƏSMN-nin rəsmi saytına istinadən xəbər verir.

Onlardan 16,3 mininə ilkin, 16,2 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Zemfira Ms
Fins.az