SOSİUM

05 Sentyabr

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova sentyabrın 13-də Ucar Gənclər Mərkəzində (Ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti) Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun 16 saylı Ucar Ərazi İdarəsinə (telefon: 051 3546143, elektron ünvan: [email protected]) sentyabrın 12-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Zemfira Ms
Fins.az