SOSİUM

03 Sentyabr

Səbail rayonu, Nizami küçəsində təmir işləri aparılır - AAYDA

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.

Fins.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində təmir işləri aparılır.

Təmir işləri hazırda sözgedən küçənin Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
 
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
 
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.
 
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
 
 
YOLUNUZ AÇIQ OLSUN...  

 

Zemfira Ms
Fins.az