SOSİUM

03 Sentyabr

Dövlət Məşğulluq Agentliyi daha 537 şəxs üçün peşə kursları təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 537 şəxs üçün peşə  hazırlığı kursları təşkil olunub.

Fins.az xəbər veriir ki, onlardan 302 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 235 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb. 

Hazırda peşə kurslarının təşkilində 142 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir. 

Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək də göstərilir.

Zemfira Ms
Fins.az