SOSİUM

02 Sentyabr

BŞTİ-yə avqust ayı ərzində 18961 müraciət daxil olub

Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 961 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə Fins.az-a BŞTİ-dən məlumat verilib.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 201 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 979 müraciət daxil olub.

BŞTİ-yə 3 114 sənəd (vətəndaşlar tərəfindən 1 777 ərizə, Elm və Təhsil Nazirliyindən 442, digər qurumlardan 181, tabelikdə olan təhsil müəssisələrindən 369 məktub və 345 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 667 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Zemfira Ms
Fins.az