SOSİUM

29 Avqust

Havada toz müşahidə olunur - Milli Hidrometeorologiya Xidməti

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Fins.az Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovaya istinadən bildirir ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Zemfira Ms
Fins.az