SOSİUM

29 Avqust

Xəzər dənizinin səviyyəsi 2100-cü ildə 6 metrə qədər azala bilər

Xəzər dənizinin səviyyəsi əsrin sonuna qədər 6 metrə qədər azala bilər.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekoloji Siyasət” şöbəsinin müdir müavini Rafiq Verdiyev məlumat verib.

R.Verdiyev bildirib ki, son 30 il ərzində Xəzər dənizinə axan çayların səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb. Bununla yanaşı, yağıntının azalması və buxarlanmanın artması Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır:

“Məsələn, 1979-cu ildə Xəzər dənizinin səviyyəsinin enməsinə cavab olaraq, şimal çaylarının dənizə yönləndirilməsi layihəsi nəzərdə tutulmuşdu. Lakin daha sonra Xəzər dənizinin səviyyəsi artmağa başladığı üçün layihə təxirə salındı. Ancaq cari proseslər, bu layihəni yenidən müzakirəyə çıxara bilər,” - deyə R.Verdiyev vurğulayıb.

Fuad Mədətov
Fins.az