Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏMSN) Aparatının rəhbəri Fuad Musayev sentyabrın 5-də Oğuz rayonunda sakinləri qəbul edəcək.
Fins.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 27 avqust - 02 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Zemfira Ms
Fins.az