Sürücülərin nəzərinə!
Fins.az xəbər verir ki, bu gündən etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi” istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Zemfira Ms
Fins.az