SOSİUM

27 Avqust

İqlim dəyişiklikləri xərçəng populyasiyasını azaldır

Son tədqiqatlar göstərir ki, Bering dənizində xərçənglərin ölümünün səbəbi iqlim dəyişikliyidir. Amerikalı bioloqların apardığı araşdırmalara görə, iqlim dəyişikliyi səbəbindən strigun xərçənglərinin populyasiyası nəzərəçarpacaq dərəcədə azalıb. Son bir neçə il ərzində bu xərçənglərin sayı 10 milyard fərd azalıb.

Fins.az xəbər verir ki, bioloqlar qrupunun 1972-2022-ci illəri əhatə edən tədqiqatı göstərdi ki, dəniz dibinin temperaturunun yüksəlməsi gənc xərçənglərin sağ qalmasını çətinləşdirib. Temperatur artımı nəticəsində yırtıcılar üçün dəniz dibindəki xərçənglərə çatmaq daha asanlaşıb. Bununla yanaşı, strigun xərçənglərinin sayının azalması Sakit okean treskasının populyasiyasının artmasına səbəb olub. Treskalar, strigun xərçənglərinin əsas düşmənləri olaraq tanınır.

Bu tədqiqat iqlim dəyişikliyinin dəniz ekosistemləri üzərindəki təsirini bir daha təsdiqləyir və gələcəkdə bu cür dəyişikliklərin ekosistemlərin tarazlığını necə pozduğunu göstərir.