Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin nəticələrini açıqlayıb.
Fins.az xəbər verir ki, M.Abbaszadə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox dolduğunu deyib. Xüsusilə, aşağıdakı 8 ali təhsil müəssisəsində plan yerləri tamamilə dolub:
- Azərbaycan Tibb Universiteti
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- ADA Universiteti
- Azərbaycan Dövlət Dəniz Akademiyası
- Bakı Ali Neft Məktəbi
- Dövlət Gömrük Komitəsinin Akademiyası
- Azərbaycan İlahiyyat İnstitutu
- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Həmçinin, ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə – Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya – Azərbaycan Universitetinin plan yerləri isə 95.52% dolub.
Bu göstəricilər ali təhsil müəssisələrində tələbə qəbulunun yüksək səviyyədə başa çatdığını və müvafiq sahələrdə əhəmiyyətli artım olduğunu göstərir.
Fuad Mədətov
Fins.az