Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub
Fins.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.
Mətbuat konfransında Abbaszadə bildirib ki, müsabiqə nəticələrinə əsasən, 55,656 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Bu rəqəmə 7,287 subbakalavr da daxildir. Qəbul olunanlardan 27,117 nəfəri (o cümlədən 1,579 subbakalavr) dövlət sifarişi əsasında, 28,539 nəfəri (o cümlədən 5,708 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub. Məleykə Abbaszadə qeyd edib ki, bu il tələbə adını qazananların sayı ötən illə müqayisədə artıb. Bu il tələbə olanların sayı 3,715 nəfər daha çoxdur.