SOSİUM

26 Avqust

"For Azerbaijan" Xeyriyyə Təşkilatı və PwC şirkəti şəhid övladlarını sevindirib

PwC (PricewaterhouseCoopers) şirkətinin Azərbaycan nümayəndəliyi “For Azerbaijan” Xeyriyyə Təşkilatı ilə daha bir layihəyə imza atıb. Tərəflər “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə növbəti sosial layihəni həyata keçiriblər. PwC şirkətinin  5.000 AZN məbləğində ianəsi hesabına 62 şəhid övladına məktəbli formaları hədiyə edilib.  

Fins.az xəbər verir ki, tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsində həyata keçirilib. Düşərgənin bağlanış mərasimində Elm və Təhsil Nazirliyinin, PwC şirkətinin və “For Azerbaijan”nın rəsmiləri çıxış edərək yeni təhsil ilində məktəblilərə uğurlar arzulayıblar. Onlar gələcəkdə bu cür təşəbbüslərə ölkəmizdə fəaliyyət göstərən şirkətlərin iştirakının vacibliyini vurğulayıblar. Sonda xatirə şəkili çəkilib.

PwC mərkəzi Londonda yerləşən, 150-dən artıq ölkədə nümayəndəliyi olan, qlobal şirkətlər şəbəkəsini koordinasiya edən bir şirkətdir. Bu təşkilat risk, keyfiyyət və strategiya kimi sahələrdə ortaq və koordinasiyalı yanaşmanın yaradılması üçün siyasətlər və təşəbbüslər hazırlayır.

“For Azerbaijan” Xeyriyyə Təşkilatı olaraq PwC şirkətinə və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkürümüzü bildirir, əməkdaşlıqdan məmnunluğumuzu ifadə edirik.

Zemfira Ms
Fins.az