SOSİUM

22 Avqust

Yanvar-iyul 2024: DOST mərkəzlərində 444 min vətəndaşa xidmət göstərilib

Bu ilin yanvar-iyul aylarında DOST mərkəzlərində 444 min vətəndaşa xidmət göstərilib. 

Fins.az mərkəzin rəsmi saytına istinadən xəbər verir ki, 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.  

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,3 faiz təşkil edir. 
 



Zemfira Ms
Fins.az