SOSİUM

30 İyul

Azərbaycanlı gənc 420 min dollarlıq təqaüd QAZANDI

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin “Kimya mühəndisliyi” ixtisasının builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən Amerikanın Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya qəbul olunub.

Fins.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, nüfuzlu ali təhsil ocağında “Kimya mühəndisliyi” ixtisası üzrə təhsilini davam etdirəcək. BMU məzununun qazandığı təqaüdün məbləği isə 420 000 ABŞ dolları məbləğindədir.

BMU-da təhsil aldığı 2020-2024-cü illər ərzində ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan, dərsə intizamı, sosial-ictimai fəallığı ilə seçilən Turqut Əfəndi, eyni zamanda, elmi tədqiqatlara dərin maraq göstərib. O, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib.

Qeyd edək ki, BMU məzunu, həmçinin “Breyn rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.