SOSİUM

29 İyul

Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub

Fins.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkənin əksər bölgələrinə yağan intensiv yağıntılar səbəbindən Samux rayonundan axan Qabırrıçay, Göygöl və Samux rayonlarından axan Qoşqarçay, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhərindən axan Gəncəçay, Daşkəsən rayonundan axan Dəstəfurçay, Tovuz rayonundan axan Zəyəmçay, Göygöl rayonundan axan Kürəkçay, Balakən rayonundan axan Balakənçayda sel müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonundan axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub.