SOSİUM

28 İyul

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

2024-cü il iyulun 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5280,6 min nəfər olub, onlardan 4996,5 min nəfərini məşğul əhali təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 1,1 və 1,2 faiz üstələyir.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən, xəbər verir ki,  cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər (+1,3 faiz), o cümlədən iqtisadiyyatın dövlət sektorunda 893,1 min nəfər (-0,6 faiz), qeyri-dövlət sektorunda isə 856,3 min nəfər (+3,4 faiz) təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər (+0,6 faiz), qeyri-neft-qaz sektorunda isə 1717,5 min nəfər (+1,3 faiz) çalışıb.