SOSİUM

10 İyul

Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Anar Axundov Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Draqoş-Paul Ungureanu ilə görüşüb.

Nazirlikdən Fins.az xəbər verir ki, görüşdə ölkəmizin də səhmdarı olduğu Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə “yaşıl” maliyyələşdirmə və investisiyalar, KOB-un inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsi kimi məsələlər nəzərdən keçirilib.

Tərəflər Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə COP29 çərçivəsində əməkdaşlıq, iqlim gündəliyinə xüsusi diqqət yetirilməklə Azərbaycanın investisiya prioritetləri, layihələrin maliyyələşdirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Kaira Agayeva

FIns.az