SOSİUM

24 İyun

Umayra Tağıyeva: Ekoloji problemlərin həlli üçün böyük maliyyə lazımdır

Ekoloji problemlər hələ də qalmaqdadır. Problemlərin həlli üçün böyük işlər görülməlidir, böyük maliyyə lazımdır.

Fins.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xankəndidə keçirilən elmi-praktik konfransda deyib.

O bildirib ki, işlər mərhələli şəkildə həyata keçirilir: “Problemlərin həlli üçün yeni texnoloji işlər aparılır. Ətraf mühitdə olan risklər də müşahidə olunur. Qanunvericiliyin təkmilləşməsi və maarifləndirmə işlərinin aparılması sayəsində bəzi müsbət hallar aşkar edilir. Məlumat üçün bildirim ki, Bakıda orta hesabla bir adama 5 kvadratmetr yaşıllıq düşür. Norma burda 20-25dir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılması tədbirlərinə bütün dövlət orqanları qoşulur. Bu, çox müsbət haldır".