SOSİUM

19 İyun

Yan Fişer: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə önəmli işlər görür

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın önəmli işlər gördüyünü bildirmək istəyirəm. Bu işdə siyasətçilərin məsuliyyəti böyükdür. Digər tərəfdən elm ictimaiyyətinin, tədqiqatçıların, beynəlxalq təşkilatları təmsil edən QHT-lərin, hökumətin məsləhətləri də maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çex Respublikasının sabiq Baş naziri Yan Fişer “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Balanslaşdırma, azaltma, uyğunlaşma və dayanıqlıq” mövzusunda panel müzakirələri zamanı söyləyib.

O, Azərbaycanda COP29-a yüksək səviyyədə hazırlıq görüldüyünü bildirib: "Bu gün təşkil olunan tədbirdə həqiqətən maraqlı məlumatlar verildi. Emissiyaların istehsalı hər kəsin məruz qaldığı sağlamlıq problemlərinə gətirib çıxarır. Biz bütün elmi araşdırmalarda görürük ki, emissiyaları azaltmaq üçün şirkətlər rəqabətədavamlı iqtisadi yollar axtarır, araşdırmalar aparırlar".

Yan Fişer əlavə edib ki, su problemlərinin həllində özəl və dövlət sektorlarının bir-biri ilə əlaqəli şəkildə əməkdaşlıq etməsi müsbət nəticə verəcək.