Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin beş ayında proqnozla müqayisədə 2,9 faiz və ya 78 milyon manat çox olmaqla 2 milyard 768 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8,8 faiz və ya 187 milyon manat artaraq 2 milyard 292 milyon manat olub.
Yanvar-may aylarında DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 347 milyon manat çoxdur.