SOSİUM

14 İyun

İqlim dəyişikliyinə ən həssas bölgələrdən biri

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Böyük Afrika Buynuzu Prosesləri üzrə meneceri Lisbet Elbrext (Liesbeth Aelbrecht) mətbuata verdiyi açıqlamada iqlim dəyişikliyinin bölgəyə mənfi təsir etdiyinə diqqət çəkərək deyib: “Afrika Buynuzu iqlim dəyişikliyindən mənfi təsirlənib, nizamsız yağışlar, artan temperatur və quraqlıqdan sonra şiddətli yağışların səbəb olduğu daşqınlara görə ən həssas bölgələrdən biri olub.

Fins.az xəbər verir ki, son illərdə Afrika Buynuzu bölgəsində misli görünməmiş bəzi hadisələrin şahidi olduq. 4 illik tarixi quraqlıqdan sonra El Nino hava hadisəsinin səbəb olduğu dağıdıcı daşqınlar 2023-cü ilin sonunda gəldi. Həftələrdir yağan fasiləsiz leysan yağışlar Şərqi Afrikada dağıdıcı daşqınlara səbəb olub. Bu dəfə sellərin yaratdığı növbəti böhranla qarşı-qarşıyayıq. Son həftələrdə Burundi, Efiopiya, Keniya, Ruanda, Somali və Tanzaniyada təxminən 1,6 milyon adam əlverişsiz hava şəraitindən təsirlənib, 528 insan həyatını itirib, təxminən 480 min nəfər isə evlərindən didərgin düşüb. Sular çirkləndiyindən epidemik xəstəliklər artmaqdadır”.