2023-cü ildə dünyada 302 milyon uşağın onlayn cinsi zorakılığın qurbanı olduğu müəyyən edilib.
“The Conversation”da yazılana görə, İngiltərənin Edinburq Universitetinin uşaq istismarının yayılmasını göstərmək məqsədi daşıyan “Uşaq işığı” təşəbbüsü çərçivəsində çalışan tədqiqatçıları “İşığa doğru” adlı hesabat hazırlayıblar.
Məlumata görə, 2023-cü ildə dünya üzrə uşaqların 12,6 faizi istəmədən cinsi görüntü və videolara məruz qalaraq qurbana çevrilib. Bu faiz 302 milyon uşaq deməkdir.