Naxçıvanda data mərkəzi yaradılacaq.
Fins.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli Dövlət qurumlarınının İT rəhbərlərinin IV Zirvə Toplantısı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni layihəyə əsasən Naxçıvanda data mərkəzin yaradılması planlaşdırılır və layihələndirmə işləri artıq yekunlaşıb, layihə təsdiqləndikdən sonra icrası həyata keçiriləcək.