SOSİUM

04 İyun

ÜST pandemiya sazişi üzrə danışıqları daha bir il uzadıb

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər pandemiya sazişi ilə bağlı danışıqları daha bir il uzatmaq barədə razılığa gəliblər. Bu, gələcək pandemiyalarla mübarizəni gücləndirməyə imkan verir.

Fins.az xəbər verir ki, sazişin layihəsini hazırlamaq və danışıqlar prosesinə rəhbərlik etmək üçün 2021-ci ilin dekabrında yaradılmış Hökumətlərarası Danışıqlar Orqanı (HDO) mandatını davam etdirəcək.

ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, düzəlişlər ölkələrin öz milli imkanlarını, xəstəliklərə nəzarət, məlumat mübadiləsi və cavab tədbirləri üzrə üzv dövlətlər arasında koordinasiyanı gücləndirməklə gələcək epidemiyaları, o cümlədən pandemiyaları aşkar etmək, onlara cavab vermək qabiliyyətini möhkəmləndirəcək.

"HDO-nun fəaliyyətinin davam etdirilməsi Pandemiya Sazişini tamamlamaq üçün güclü təkan verir ki, bu da COVID-19-un sağlamlığa, cəmiyyətlərə və iqtisadiyyatlara vurduğu dağıntıların təkrarlanmasının qarşısını almağa kömək edə bilər", - deyə ÜST rəhbəri əlavə edib.