Vətəndaş və sahibkar məmnuniyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi Dövlət Gömrük Komitəsinin əsas strateji hədəflərindəndir.
Fins.az xəbər verir ki, bu məqsədlə Dövlət Gömrük Komitəsi növbəti yeni layihənin tətbiqinə başlayır.
Elektron həllərə əsaslanan “ÖZÜNET” layihəsi Dövlət Gömrük Komitəsinin təqdim etdiyi bütün elektron xidmətlərin cəmləşdiyi və bir nöqtədən idarə olunan platformadır. Belə ki, “ÖZÜNET” platformasına daxil olan hər bir şəxs Dövlət Gömrük Komitəsinin bütün elektron xidmətlərindən vahid məkandan istifadə edə biləcək.
Layihə gömrük əməliyyatlarının asanlaşdırılmasına, vaxt və vəsait itkisinin minimuma endirilməsinə, əlçatanlığın artırılmasına şərait yaradacaq.
Yeni layihədən Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsinin “elektron xidmətlər” bölməsinə daxil olmaqla (customs.gov.az) istifadə etmək mümkündür.
ÖZÜNET. Hamısını özün bir nöqtədən idarə et!