SOSİUM

17 May

MDM və BDU arasında Anlaşma Memorandumu imzalanıb

Dünən Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Bakı Dövlət Universiteti (BDU) arasında BDU-nun 105 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, memoranduma əsasən, tərəflər elm, təhsil və əmək bazarı-universitet-biznes işbirliyi sahələrində tədbirlər həyata keçirəcəklər. Əməkdaşlıq çərçivəsində kapital bazarı üzrə BDU kontingentinin təhsil keyfiyyətinin yüksəldilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, tələbə-gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması məqsədi ilə bütün səylərin birləşdirilməsi, idarəetmə, maliyyə və qiymətli kağızlarla bağlı aktual məsələlərə dair birgə konfrans, seminar, təlim, dəyirmi masa və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.  BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, könüllü təcrübə proqramlarının, müsabiqələrin təşkil edilməsi, kapital bazarı üzrə fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, MDM əməkdaşlarının tədris fəaliyyətinə və BDU tərəfindən təşkil edilən ixtisasartırma proqramlarına cəlb edilməsi də Memorandumda əksini tapıb.

Qeyd edək ki, MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında maliyyə savadlılığının artırılması üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Fuad Mədətov
Fins.az