Cəmi bir neçə ay sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək.
Fins.az xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, COP prosesində qeyri-dövlət tərəfdaşlarla əlaqələr qurmalı, körpü yaratmaqdır:
"Özəl sektorla iş prioritetdir. İqlim dəyişikliyi ilə mübarizə, burada maliyyələşmə məsələlərini müzakirə etməliyik. Özəl sektorun İiqlim sektorunda iştirakı mühüm əhəmiyyət kəsb edir. Özəl şirkətləri daha məsuliyyətli olmağa çağırıram. Yaşıl iqtisadiyyata keçid üçün böyük maliyyə tələb olunur. Hökumət bunu təkbaşına edə bilməz. Həm dövlət, həm də özəl maliyyələşməsi sürətləndirmək üçün innovativ maliyyəşmə sürətləndirilməlidir.
O vurğulayıb ki, bununla emissiyaların azaldılmasına nail olacağıq və gələcək nəsli iqlim dəyişikliyinin fəsadlarından qurtara bilərik.