140,53 metrlik çörək "Dünyanın ən uzun baget" rekordunu qıraraq "Ginnes" rekordlar kitabına düşüb.
Fins.az xəbər verir ki, dünyanın ən uzun baget rekordu Fransada yenilənib. Yerli mətbuatın yazdığına görə, paytaxt Paris yaxınlığındakı Suernesdə keçirilən tədbirdə fransalı çörəkçilər “Dünyanın ən uzun bageti”ni bişiriblər. 140,53 metrlik çörək "Dünyanın ən uzun baget" rekordunu qıraraq "Ginnes" rekordlar kitabına düşüb.
Bagetin bir hissəsi dilimlənərək xalqa təqdim edilib, qalanı evsizlərə paylanılıb.
Qeyd edək ki, əvvəlki "Dünyanın ən uzun baget" rekordu 2019-cu ildə 132,62 metr uzunluğu ilə İtaliyada qeydə alınmışdı.