SOSİUM

08 May

Bakıda beynəlxalq FINTEX SUMMIT 2024 keçiriləcək

VISA ilə əməkdaşlıq çərçivəsində keçiriləcək FINTEX SAMMIT 2024 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin baş tutacağı tarixi elan etməkdən məmnunluq duyuruq. Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 15-16 may 2024-cü il tarixlərində Bakıda keçiriləcək.

Fins.az xəbər verir ki, forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilir.

FINTEX  2019, FINTEX 2021 onlayn və FINTEX 2022, FINTEX 2023 tədbirini xatırlayaq:

FINTEX SUMMIT 2023 – FINANCE AND TECHNOLOGIES EXPO
FINTEX SUMMIT 2022 – FINANCE AND TECHNOLOGIES EXPO
FINTEX SUMMIT 2021 ONLINE- FINANCE AND TECHNOLOGIES EXPO
FINTEX SUMMIT 2019 – FINANCE AND TECHNOLOGIES EXPO

VISA Fintex barədə

VISA-Cristina Doros-FINTEX SUMMIT

FINTEX  2024-ün veb səhifəsi:

//www.gbmevents.az/en/event/fintex-summit-2024-finance-and-technologies-expo

Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullarını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi hər zaman həvəsləndirir.

Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Bu il Sammit açılış nitqi və bütövlükdə 8 paneldən ibarət olacaq. Açılış nitqində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Visa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin rəhbər şəxsləri tərəfindən çıxışların olacağı gözlənilir.

Visa şirkətinin baş direktoru, Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyevin FINTEX SUMMIT 2024 ilə bağlı fikirləri:

“Visa artıq bir neçə ildir ki, Bakıda keçirilən FINTEX SUMMIT-in tərəfdaşı olmaqdan qürur duyur, düşünürəm ki, Sammit təcrübə və fikir mübadiləsi üçün FINTEX bazarının əsas oyunçularını bir araya gətirən aparıcı platformadır. Visa rəqəmsal ödənişlər sənayesində qlobal lider olaraq Azərbaycana regionda strateji əhəmiyyətli bazarlardan biri kimi baxır. Azərbaycan dinamik inkişaf edir və innovativ texnologiyaların tətbiqinə açıqdır. Biz tədbirdə ölkədə rəqəmsal ödəniş ekosisteminin və nağdsız iqtisadiyyatın inkişafı ilə bağlı qlobal baxışımızı təqdim etməkdən məmnunuq”.

Maliyyənin gələcəyini Sammitdə olacaq panellər ilə kəşf edin!. FINTEX SUMMIT 2024-də həyəcanla gözlənilən PANELLƏR:

  • RƏQƏMSAL AZƏRBAYCAN: ÖDƏNİŞ SƏNAYESİNİN GƏLƏCƏYİ;
  • TƏNZİMLƏYİCİ VƏ TƏHLÜKƏSİZ ÇƏRÇİVƏDƏ TƏCRÜBƏ VƏ PROSESLƏRİN İDARƏ EDİLMƏSİ TEXNOLOGİYALARI: TÜRKİYƏDƏ ƏN UĞURLU TƏCRÜBƏLƏR;
  • BANKLAR PƏRAKƏNDƏ İNVESTİSİYANIN KATALİZATORU KİMİ;
  • SÜNİ İNTELLEKT VƏ “BIG DATA” İLƏ TANDEM – BANKLAR NECƏ BÖYÜMƏLİDİR?;
  • MALİYYƏ XİDMƏTLƏRİNDƏ TEXNOLOGİYALARDAN İSTİFADƏ;
  • RƏQƏMSAL AKTİVLƏR: MALİYYƏ SEKTORUNUN GƏLƏCƏYİ ÜÇÜN NOVATORLUQ;
  • BANKLAR HAZIRDA FİNTEXDİRMİ?;
  • FIRILDAQÇILIĞIN QARŞISININ ALINMASI: RƏQƏMSAL DÖVRDƏ MALİYYƏ BÜTÖVLÜYÜNÜN QORUNMASI;
  • FINTEX VƏ ƏL/TMM: TƏNZİMLƏYİCİ MÜHİT VƏ KOMPLAYENS PROBLEMLƏRİ.

Ümumilikdə tədbirə iki gün ərzində 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçının qatılacağı gözlənilir. Eyni zamanda müxtəlif ölkələrdən 45 məruzəçi dinamik inkişaf edən bank-maliyyə, fintex və texnologiyalar barədə çıxış və təqdimatlar edəcək.

Sizi aramızda görməyə çox şad olarıq!