SOSİUM

03 May

Postmüharibə dönəmində 128 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsi üzvlərinə 340 mindən çox dəstək göstərilib

Postmüharibə dönəmində 128 min müharibə iştirakçısına, müharibə əlilinə, şəhid ailəsi üzvünə 340 mindən çox dəstək həyata keçirilib, 6 min mənzil verilib.

Fins.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda deyib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.

Fuad Mədətov
Fins.az