SOSİUM

30 Aprel

B.EST Solutions Azerbaijan şirkəti yeni rəqəmsal innovasiyalar dövrünü elan edir və yenilənmiş AsanDoc.az portalını təqdim edir

Elektron həllər sahəsindəki dünya tendensiyaları trendində B.EST Solutions Azerbaijan şirkəti yenilənmiş AsanDoc.az portalının işə salınmasını qürur hissi ilə elan edir. Bu yeni məhsul, Azərbaycanda biznes proseslərinin rəqəmsallaşdırılması və elektron sənəd dövriyyəsinin idarə edilməsində  yeni bir fəsil açır.

AsanDoc.az, "Asan İmza" gücləndirilmiş mobil elektron imza texnologiyasını istifadə edən elektron imzalama, saxlanma və sənədləri paylaşmaq üçün qabaqcıl bir platformadır.

Fins.az xəbər verir ki, bu texnologiya, B.EST Solutions Azerbaijan tərəfindən hazırlanmış və İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmişdir, elektron hokümətin əsas komponenti və vətəndaşların rəqəmsal şəxsiyyətinin təsdiqi kimi fəaliyyət göstərir.

AsanDoc.az portalının yeni versiyasının əsas xüsusiyyətləri:

Etibarlı və gücləndirilmiş elektron imzalar                                              

Qorunan PKI infrastrukturunun istifadəsi və postkvant kriptoqrafiya yüksək təhlükəsizlik səviyyəsini və elektron imzaların hüquqi əhəmiyyətini təmin edir. İmzaların təhlükəsiz mübadiləsi və validasiyası sənədlərin bütövlüyünü və həqiqiliyini təmin edir.

Məxfilik və şifrələmə funksiyası                                                                                                 

Bütün istifadəçiləri imzalanmış sənədlərin məxfiliyi məsələləri narahat edir. AsanDoc.az portalında bu məsələyə xüsusi diqqət yetirilmişdir. Fayl yüklənilərkən və daha sonra da kriptografik şifrələmə və giriş nəzarəti vasitəsilə daxil edilmiş məlumatların qorunur. Portal çərçivəsində məlumatlar məxfi qalır və yalnız birgə sənəd dövriyyəsində iştirak edən şəxslər üçün əlçatan olur. Fayllara girişin idarə edilməsi və avtorizasiya istifadəçinin yalnız öz mobil elektron “Asan İmza”sı vasitəsilə həyata keçirilir. Üçüncü tərəflər şifrələnmiş sənədi nə görə, nə də aça biləcəklər.

İntuitiv interfeys və yenilənmiş dizayn portalın istifadəsini bütün istifadəçi kateqoriyaları üçün daha da rahat edir. Yeni AsanDoc.az portalı istifadəçilərə qrup imzalama və avtomatik bildirişlər kimi imkanlar da təqdim edəcəkdir. İstifadəçilərin ehtiyaclarına əsasən sənədlərin təsdiqləmə/rədd etmə funksiyası istifadəçilərə onların sənəd ehtiyaclarının effektiv idarə etmək imkanı yaradır, şərh etmə funksionallığı isə şəffaflıq əlavə edir. 

Çoxformatlı dəstək

Portal müxtəlif sənəd formatlarını, o cümlədən PDF, DOC və XLS dəstəkləyir, bu da sənəd dövriyyəsinin maneəsiz idarə edilməsini təmin edir.

Avtomatik xəbərdarlıqlar və audit                        

Platforma istifadəçiləri real vaxt rejimində bütün dəyişikliklər barədə operativ məlumatlandırılır və eyni zamanda bütün əməliyyatların ətraflı auditini aparılır.

API-inteqrasiya
Xarici sistemlərə asan qoşulma imkanı verir, sənədlərin emalını asanlaşdırır və əməliyyat effektivliyini artırır.

AsanDoc.az yaxın gələcəkdə yalnız Azərbaycanda sənədlərin mübadiləsi və rəqəmsal idarəetmə platforması deyil, həmçinin transsərhəd elektron sənədlərin imzalanması xidmətlərini də təklif edəcəkdir. Bu funksiya, şübhəsiz ki, rəqəmsal iqtisadiyyatın, transsərhəd ticarətin inkişafı üçün imkanları artıracaq və Azərbaycan sahibkarlarının beynəlxalq səviyyədə imkanlarını genişləndirəcəkdir. Məhz bu səbəbdən portalın hazırlanmasında xüsusi diqqət beynəlxalq standartlar və təhlükəsizliyə yönəldilmişdir.

AsanDoc.az Portalda elektron sənədlərin imzalanması həmçinin eSIM "Asan İmza" ilə də mümkündür. Bu yenilik cari ilin əvvəlində B.EST Solutions Azerbaijan şirkəti və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı ilə təqdim edilmişdir. "Asan İmza" eSIM dünyada ilk dəfə olaraq Azərbaycanda  Azercell Telecom abunəçiləri üçün əlçatan oldu. Abunəçilər eSIM "Asan İmza" xidmətini mövcud fiziki SIM-kartdan köçürə və ya mobil elektron imzanın ilk alınması zamanı müraciət edə bilərlər. Bu həll sənədlərin yüksək səviyyəli şifrə və  deşifrə edilməsini təmin edir və fiziki SIM-kartın itirilməsi və ya oğurlanması riskinə qarşı qoruma təmin edir.

Əlavə məlumat və əlaqə: AsanDoc.az Portalın yeni versiyanın təfərrüatları asandoc.az saytında yerləşdirilmişdir. Sualların cavablanması üçün vətəndaşlar "1847" "Asan İmza" Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya [email protected] elektron ünvanına sorğu yönləndirə bilərlər.