SOSİUM

16 Aprel

\"Technest” çərçivəsində məktəblilər üçün “Bebras” olimpiadası keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik düşüncə müsabiqəsi həyata keçirilib. 2 və 10-cu siniflər arasında baş tutan müsabiqədə məktəblilər interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə alqoritmik düşüncələrindən istifadə edərək rəqabət aparıblar.  Olimpiadanın final mərhələsində 2 qrup olmaqla ümumilikdə 225 məktəbli yarışıb. Yekunda nəticələr açıqlanaraq iştirakçılara sertifikatlar təqdim olunub.

Fins.az xəbər verir ki, “Bebras” olimpiadası  İRİA-nın həyata keçirdiyi “Technest” təqaüd proqramının beynəlalq olimpiadalara xüsusi hazırlıq proqramı çərçivəsində həyata keçirilib. Proqram proqramlaşdırma, informatika və alqoritmik təfəkkür üzrə beynəlxalq müsabiqələrə sistemli hazırlıq yanaşmasını təqdim edir. Əsas məqsəd perspektivli şagird və tələbələri təlimlərə cəlb edərək olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək olmaq,  bununla da ölkədə peşəkar İKT mütəxəssislərinin sayını artırmaqdır.