Bu ilin sonunadək Azərbaycanda təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericililiyə dəyişikliklər ediləcək.
Fins.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən "Azərbaycan lnsurtech Zirvə”sində deyib.
Onun sözlərinə görə, qeyd olunan sənədlər dövlət tərəfindən cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40 %-ni əhatə edir və bununla bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək:
“Bu dəyişikliklərlə dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək".
Fuad Mədətov
Fins.az