SOSİUM

15 Aprel

İşsizlik 8,7%-ə çatıb - TÜRKİYƏ

TÜİK fevral ayı işçi qüvvəsi statistikasını açıqlayıb.

Fins.az xəbər verir ki, Türkiyədə 2024-cü ilin fevral ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 109 min nəfər azalaraq 3 milyon 78 min nəfərə çatıb.

İşsizlik səviyyəsi 0,3 bənd azalaraq 8,7 faiz təşkil edib. İşsizlik səviyyəsinin kişilər üçün 7,3 faiz, qadınlar üçün isə 11,3 faiz olduğu təxmin edilib.

Günel Məlikzadə
Fins.az