SOSİUM

15 Aprel

COP29-un əsas tədbirinin keçiriləcəyi dəqiq tarix açıqlanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçiriləcək.

Fins.az xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə həm də Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir: "Biz Azərbaycanın körpü rolu oynadığını görürürk. Yəni inkişafda olan və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyükdür. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur".

M.Babayev həmçinin bildirib ki, əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır.