İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramının ölkə üzrə yeni qeydiyyat dalğası davam edir.
Fins.az xəbər verir ki, qeydiyyat Bakı və bir sıra regionlar daxil olmaqla, ölkənin İKT sahəsində fəaliyyət göstərən 40-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır.
Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 13 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. “Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat: //technest.idda.az/
Son qeydiyyat tarixi 7 aprel 2024-cü ildir.
Qeyd edək ki, bu tədris dalğası çərçivəsində “Technest” Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığa başlayır. Belə ki, Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslər də layihəyə cəlb olunacaq və layihə müddətində DMA tərəfindən minimal əmək haqqı məbləğində müavinətlə ilə təmin olunacaq.
Bununla yanaşı, sosial layihələr çərçivəsində məhkum qadınlar, fiziki məhdudiyyətli şəxslər, ANAMA əməkdaşları, ucqar kəndlər və internat evlərindən şəxslər, eləcə də aztəminatlı ailələrdən olan tələbələr İKT üzrə tam təqaüdlü təhsilə cəlb olunacaq.
Fuad Mədətov
Fins.az